1 dekabr 2014 00:25
Riçard Almeyda: Zaqatalada oynamaq çətin olsa da, əsas odu qalib gəldik
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Simurq"a qarşı keçirilmiş oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz peşəkar futbolçularıq və həftədə 2-3 dəfə oynamağa hazır olmalıyıq. Zaqatalada oynamaq çətin idi. Amma qələbə qazanmağı bacardıq. Əsas odu ki, 3 xala sahib çıxdıq".
