1 dekabr 2014 00:05
Elnur Allahverdiyev: Həmişə olduğu kimi, mənə qarşı amansız davrandılar
"Neftçi"nin müdafiəçisi Elnur Allahverdiyev Topaz Premyer Liqasının 13-ci turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran"la oyunda aldığı qırmızı vərəqəyə görə 6 oyunluq diskvalifikasiya edilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasına o, bunları söyləyib:
"Çox məyusam. Diskvalifikasiya bitəndən sonra ancaq özümə gələrəm. Belə bir cəzaya məruz qaldığıma inana bilmirəm. Həmişəki kimi, mənə qarşı yenə amansız davrandılar. Mən həmin epizodda heç nəyə görə meydandan qovulduğumu anlamıram. Klub tərəfindən məni hələ cərimə etməyiblər. Amma hansısa sanksiyanın olması istisna deyil".
