30 noyabr 2014 19:50
Vüqar Nadirov: Prosineçki bizə əlavə stimul verir
"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyundan sonra Avroliqadakı "Sent-Etyen"lə görüşdə vurduğu qoldan və Robert Prosineçkidən danışıb. Azerisport.az saytına açıqlamasında o, 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Sent-Etyen"lə oyunda vurduğum qoldan sonra Qarabağda şəhid olan atam yadıma düşdü. Prosineçkiyə gəlincə, onun yığmamızın baş məşqçi postuna namizəd olması, oyunlarımıza gəlməsi bizə əlavə stimul verir".
