30 noyabr 2014 19:08
Neftçi Prosineçkiyə forma hədiyyə etdi
14-cü turun “Neftçi” - “Qəbələ” oyununu izləyənlər arasında Xorvatiya futbolunun əfsanəsi, “Srvena Zvezda” komandasının heyətində Avropa Çempionlar kubokunun qalibi, İspanyanın “Real Madrid”, “Barselona” kimi klublarının şərəfini qorumuş Robert Prosineçki də olub. Azerisport.az xəbər verir ki, ona klub rəhbərliyi tərəfindən xatirə olaraq arxasında Prosineçkinin adı yazılmış “Neftçi” forması hədiyyə edilib. (klub saytı)
