30 noyabr 2014 16:55
Dadaşovsuz Saarbryuken qələbə qazandı
Futbol üzrə Almaniyanın Cənub Regional Liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbryuken" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Frayburq"un ikinci komandasıyla qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb. Amma Dadaşov bu qələbədə pay sahibi olmayıb.
Qeyd edək ki, Rüfətin komandası hazırda 40 xalla 2-ci pillədə qərarlaşıb.
