30 noyabr 2014 15:47

Subaşiç: Düşünmürəm ki, Prosineçki serb olduğuma görə məni milliyə çağırmasın

Futbol üzrə Azərbaycan yığmasının sabiq forvardı, Türkiyənin "Manisaspor" klubunun hücumçusu Branimir Subaşiçin azerisport.az saytına müsahibəsi

- "Manisaspor"dakı işləriniz necə gedir?
- Normaldı. Burada hər kəs mənə yaxşı davranır. Bir oyunda hətta komandanı kapitan kimi meydana çıxarmışam.

- Pul problemləri həll olundu?
- Hələ var. Əgər belə davam etsə, nəsə düşünmək lazım gələcək.

- Başqa klublardan təkliflər var?
- Bəli. İki Türkiyə klubu məni heyətində görmək istəyir. Sadəcə, tələsmək istəmirəm. Çünki bura yenicə gəlmişəm.

- Azərbaycandan dəvət yoxdu?
- İndi yox. Yayda var idi.

- Azərbaycan yığması böyük ehtimalla xorvatiyalı Robert Prosineçkiyə tapşırılacaq. Bundan xəbəriniz var?
- Bəli. Onu şəxsən tanımıram. Amma futbolçu kimi çox məşhur olub. Gözəl pleymeyker idi.

- Xorvatlarla serblər arasında münasibətlər heç vaxt yaxşı olmayıb. Düşünmürsüz ki, bu üzdən o, sizi yığmaya çağırmayacaqlar?
- Bəli, ola bilər ki, o, kimisə sevməsin. Amma mənim xorvatlarla, Xorvatiya ilə heç bir problemim yoxdu. Müharibə 20 il öncə bitib. Hər şey geridə qalıb. Dostlarım arasında çoxlu xorvat var. Düşünmürəm ki, "Srvena Zvezda"nı çalışdırmış Prosineçki kimi peşəkar belə şeylərə fikir versin.

- Millimizə qayıtmaq haqda düşünmürsüz?
- Əlbəttə, bu barədə daim düşünürəm. Mən də bunun üçün çalışıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.