30 noyabr 2014 14:47
Məlikov İmamverdiyevə qarşı oynaya bilməyəcək
Bu gün Türkiyə PTT 1-ci Liqasında 11-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, hesabat turunda Azərbaycan derbisi baş tuta bilərdi.
Belə ki, Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" öz meydanında Cavid İmamverdiyevli "Elazığspor"la üz-üzə gələcək. Lakin bu görüşdə yalnız İmamverdiyev forma geyə biləcək. Çünki o, əsas heyətdə yer alsa da, Məlikovun adı iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Dənizlispor" hazırda 11 xalla 13-cü, "Elazığspor" isə 15 xalla 7-cidi.
