30 noyabr 2014 14:00
Erat oynamadı, komandası uduzdu
Almaniyanın ikinci bundesliqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə autsayder "Aalen"lə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Erat bu oyunda ehtiyatda qalıb.
Hazırda Toğrulun komandası 25 xalla 3-cü yerdə qərarlaşıb.
