30 noyabr 2014 13:40
Nazarovun komandası xal itkisi ilə üzləşdi
Almaniyanın ikinci bundesliqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Darmştadt"la qarşılaşıb. Oyun qolsuz başa çatıb. Nazarov start heyətdə meydana çıxsa da, 54-cü dəqiqədə əvəzlənib.
Hazırda Nazarovun komandası 24 xalla 5-ci yerdə qərarlaşıb.
