30 noyabr 2014 00:05
Mahir Şükürov darmadağına sevindi
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun komandası - "Karşıyaka" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Altınordu" ilə qarşılaşıb. Oyun meydan qonaqların 3:0 hesablı qələbəsiylə başa çatıb. Mahir 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Karşıyaka" hazırda 17 xalla 6-cı yerdə qərarlaşıb.
