29 noyabr 2014 20:20
Subaşiçli Manisasporu darmadağın etdilər
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə lider "Osmanlıspor"la qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb. Subaşiç 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Manisaspor" hazırda 10 xalla 15-ci yerdə qərarlaşıb.
