29 noyabr 2014 19:35
Dorinel Muntyanu: Biz 3 xal arzulayırdıq
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin rumıniyalı çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Maraqlı və gərgin oyun oldu. “Neftçi” Azərbaycanın güclü komandalarından biridir. Biz bundan öncəki oyunda da “Neftçi” ilə heç-heçə etmişdik. Deyərdim ki, bu oyunda təhlükəli epizodlarımız oldu. Düzdür, 1 xal qazandıq. Amma biz 3 xal arzulayırdıq”.
