29 noyabr 2014 16:25
Roman Cəfərov: Oyunumuz alınmadı
"İnter"in məşqçisi Roman Cəfərov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyunumuz alınmadı. Buna baxmayaraq, qələbə qazandıq. Sürətli hücumlar az idi. Biz bunu analiz edəcəyik. Problemləri aradan qaldırmağa çalışacağıq. Hər şeyə rəğmən, komandamızı təbrik edirəm”.
