29 noyabr 2014 13:43
Məhəmməd Qurbanov: AZAL-a qalib gəlmək üçün əlimizdən gələni edəcəyik
"Sumqayıt"ın hücumçusu Məhəmməd Qurbanov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində baş tutacaq AZAL-la oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim bu komanda ilə ilk dövrədəki oyunumuz çox çətin və uğursuz alınmışdı. Bu dəfə biz revanş almaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. "Təyyarəçilər"ə qalib gəlmək üçün buna borcluyuq".
