29 noyabr 2014 00:10

Topaz Premyer Liqasında 14-cü tur həyacanı

Bu gün və sabah Topaz Premyer Liqasında 14-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 2 gün davam edəcək turun ilk 3 oyunu Bakıda baş tutacaq.

Tura paytaxt derbisi ilə start veriləcək. Açılış matçında "Bakı" öz meydanında "İnter"i qəbul edəcək. Paytaxt derbisinin iştirakçıları yubiley matçına çıxacaq. 40-cı duel öncəsi “İnter”in üstünlüyü diqqət çəkir. Bu komanda 17 dəfə qələbə qazanıb. 13 görüşdə  "zolaqlılar" 3 xala sevindiyi halda, 9 qarşılaşmada da qalib müəyyənləşməyib. Son 11 matçda qələbə qazanmayan “Bakı” ardıcıl 2 görüşdə böyükhesablı məğlubiyyət alıb. Elə ilk dövrədəki 0:7 hesablı darmadağını xatırlatmaq yerərlidi. "Bankirlər"in top fərqində də böyük üstünlüyü var - 42:31. "İnter"i bu oyunda da aşkar favorit görünür. Amma zəif heyətə malik olmasına baxmayaraq, iddialılara qarşı ciddi müqavimət göstərməyi bacaran "zolaqlılar"ın sürprizə imza atması da istisna deyil.

Növbəti görüşdə AZAL-la “Sumqayıt” üz-üzə gələcək. Autsayderlər qrupunda qərarlaşan komandalar 14-cü dəfə münasibətlərini aydınlaşdıracaq. Əvvəlki görüşlərdə üstünlüyə malik olan AZAL 5 dəfə qələbəyə sevinib. Eyni sayda heç-heçə qeydə alındığı halda 3 görüşdə də sumqayıtlılar 3 xala seviniblər. AZAL son 3 oyunda meydanı qolsuz tərk etmir. Sumqayıtın eyniadlı təmsilçisi isə səfərdə rəqibini məğlub edə bilməyib. İlk dövrədəki oyunda da "təyyarəçilər" 1:0 hesabıyla üstün olmuşdular. Autsayderlər qrupunu tərk etmək üçün hər iki komandaya qələbə qazanmaq çox lazımdı.

Daha bir oyun “Neftçi” və “Qəbələ” arasında baş tutacaq. Əvvəlki 25 oyunda üstünlük “Neftçi”nin tərəfində olsa da, son iki matçda bakılılar qalib gəlməyib. 12 qələbəsi olan paytaxt təmsilçisi 6 görüşdə heç-heçəyə razılaşdığı halda, daha 7 qarşılaşmada da məğlubiyyətlə üzləşiblər. "Ağ-qaralar” son 4 ev matçını qolsuz tərk etməyib. Maraqlıdır ki, Bakıdakı son 4 oyunda 3 qol vurulub, bunların üçündə eyni hesab qeydə alınıb. İlk dövrədəki oyunda qolsuz heç-heçənin qeydə alındığını da vurğulayaq. Bütövükdə, top fərqi də bakılıların xeyrinədi - 35:23.

Turun qapanış matçında “Simurq” son çempion “Qarabağ”la üz-üzə gələcək. Eyni sayda (6) qələbə qazanan rəqiblərin duellərində Zaqatala klubu top fərqində öndədir - 15-13. Daha 9 görüşdə isə heç-heçə qeydə alınıb. Bu komandaların son 7 duelində 1-dən artıq qol vurulmur. “Qarabağ” isə son 4 səfər matçında qol vura bilməyib. “Simurq”un ev oyunlarında 7 ildir 1-dən artıq qol qeydə alınmır. İlk dövrədəki oyunda "Qarabağ" 1:0 hesabıyla üstün olmuşdu.

Topaz Premyer Liqası
14-cü tur

29 noyabr (şənbə)

14:00. Bakı - İnter
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Namiq Hüseynov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

15:00. AZAL - Sumqayıt
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Cavanşir Yusifov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. “AZAL Arena”.

17:00. Neftçi - Qəbələ
Hakimlər:  İnqilab Məmmədov, Mehman Mahmudov, Nahid Əliyev, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “Bakcell Arena”.

30 noyabr (bazar)

17:00. Simurq - Qarabağ
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Mübariz Haşımov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala şəhər stadionu.
 

1Qarabağ1173120-1124
2Neftçi1163215-821
3İnter1146120-418
4Simurq1252516-1417
5Xəzər Lənkəran1243516-1615
6Qəbələ1134415-1813
7Sumqayıt1132612-1711
8AZAL1124511-2010
9Bakı1223710-279
10Araz Naxçıvan00000-00

Bombardirlər:
7
- Mikel Alvaro (İnter)
6 - Nurlan Novruzov (Bakı).
5 - Məhəmməd Qurbanov (Sumqayıt).
4 - Draqan Çeran (Simurq), Cavid Hüseynov (Qəbələ), İnnosent Emeqara (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.