28 noyabr 2014 11:55
Qradel: Hakim haqlı deyildi
Fransanın "Sent-Etyen" klubunun futbolçusu Maks-Alen Qradel Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Mənə elə gəlir ki, hakim bizim qolumuzu qeydə almamaqda, penaltimizi təyin etməməkdə haqsız idi. Rəqibin qapıçısı da yaxşı oynadı. Biz isə əvvəlki oyunlarda buraxdığımız səhvləri yenə buraxdıq. Şansımız? Artıq heç də hər şey bizdən asılı deyil. Amma "Dnepr"ə mütləq qalib gəlməliyik".
