28 noyabr 2014 11:35

"Qarşıdakı matçlarda daha yaxşı oynayacağam"

“Qəbələ”nin Topaz Premyer Liqasında keçirdiyi son iki oyun Bəxtiyar Soltanovun ilkləri ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, komandaya bir müddət əvvəl cəlb olunan 25 yaşlı futbolçu 12-ci turun AZAL-la (3:3) oyununda “qırmızı-qaralar”ın heyətində ilk oyununu keçirib, növbəti turun “Simurq”la (2:3) ev oyununda isə qol hesabını açıb.

Klub tarixinə 179-cu futbolçu və qol sevinci yaşayan 91-ci oyunçu kimi düşən Soltanov klub saytına açıqlamasında bildirib ki, bunda uyğunlaşma ilə bağlı problemin olmaması rol oynayıb: “Komandaya yeni keçsəm də, uyğunlaşmaqda ciddi problem görmürəm. Çünki yerli futbolçuların çoxunu tanıyırdım. Ümumiyyətlə isə uyğunlaşma gedir və qarşıdakı matçlarda daha yaxşı oynayacağam. Düzdür, ilk oyunda debüt edib, növbətidə qol hesabımı açmışam. Amma yenə oyunum haqda yaxşı deyə bilmərəm. Çünki komanda qalib gəlməyib. Əsas da budur. Həm də potensialım daha artığına çatar. Bunu da qarşıdakı oyunlarda nümayiş etdirməyə çalışacağam”.

Soltanov 14-cü turun “Neftçi” ilə qarşılaşması haqda da fikirlərini bildirib: “Bizi qarşıda “Neftçi” ilə oyun gözləyir. Bilirik ki, qarşılaşma çox çətin olacaq. Paytaxt təmsilçisi güclü komandadır. Lakin biz bu oyuna qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq. Bizim üçün qələbə uğursuzluq zolağından çıxmaq üçün vacibdir. Səfərdə oynayacağımıza baxmayaraq qələbə əldə etməliyik. Mən də çalışacağam ki, “Qəbələ”də növbəti qolumu vurum, qələbədə pay sahibi olum”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.