28 noyabr 2014 11:25

Rəşad Sadıqov: Qarabağı tərifləməyin!

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- Fransa "Sent-Etyen"i ilə səfər oyunu haqda nə deyə bilərsiz?
- Hamımız bilirdik ki, çətin oyun olacaq. Amma gözlədiyimizdən də çətin oyun alındı. Rəqibin oyununu analiz etmişdik. Gördüyünüz kimi, Bakıdakından tam fərqli oyun sərgilədilər. Rəqibin böyük təzyiqi ilə üzləşəcəyimizi bilirdik. Minimim uduzmamaq istəyirdik, buna da nail olduq.

- Bu oyunu mövsümün ən çətin matçı saymaq olar?
- Bu oyunu klubumuzun ən çətin səfər matçlarından biri saymaq olar. Hətta uduzduğumuz oyunlarda da belə təzyiqlə üzləşməmişdik. Yalnız ilk hissənin ortalarında vəziyyəti düzəldə bildik. Rəqib isə fasiləsiz hücumlar edirdi. Çünki hesab onlara sərf etmirdi.

- Rəqibin baş məşqçisi hakimlikdən narazılığını dilə gətirdi...
- Biz də öz narazılığımızı bildirə bilərik. İkinci hissədə bəzi mübahisəli epizodlar oldu. Amma biz hakimlərin işindən danışmağı xoşlamırıq.

- Hakim iki qolu qeydə almadı...
- Bizim qol vurduğumuz epizodda hakim haqlı idi. Amma "Sent-Etyen"in ləğv olunan qolu ilə bağlı təkrara baxmadan heç nə deyə bilmərəm.

- Bu oyunu yığmamızı çalışırması gözlənilən Robert Prosineçki də izləyirdi...
- Şübhəsiz, o da yığmamızın üzvlərinin oynadığı komandanın uğur qazanmasını istəyirdi. Çünki ən azı psixoloji baxımdan bu, yığmamız üçün vacibdi. Fikrimcə, biz onun ümidlərini doğrultduq. Baxmayaraq, ideal oynamadıq.

- "Qarabağ"ın qrupdan çıxmaq şanslarını necə qiymətləndirirsiz?
- Ukrayna "Dnepr"inə necə uduzduğumuzu hamı gördü. Bunda daha çox səfərdə həmin komanda üzərindəki qələbədən sonra futbolçularımızın həddən artıq təriflənməsi səbəb oldu. Mən bütün futbol ictimaiyyətinin, "Qarabağ"ın uğur qazanmasını istəyənlərin öz tərifini saxlamasını istəyirəm. Qoy mütəxəssislər, jurnalistlər hər imkan düşəndə nəticələrimizdən yazmasın. İnanın ki, bu, komandada çox arxayınlıq yaradır. Hamınız gözəl bilirsiz ki, son turda bizi hansı komanda ilə oyun gözləyir. Üstəlik, heyətimizdə də ciddi itkilər var. "İnter" artıq qrupdan çıxmağı özü üçün təmin edib. Çox istərdim ki, onların Bakıdakı oyuna heç bir motivasiya olmadan çıxacağını dilə gətirən olmasın. Əgər komandamızın mübarizəni davam etdirməsini istəyirsinizsə, yaxşı hazırlaşmağımıza kömək edin. "Dnepr"lə oyunda buraxdığımız səhvləri təkrarlamayacağıq. Biz hər şeyi futbolumuzun inkişafı naminə edirik. Biz əvvəlki oyunlarının heç birində uduzmayan komandaya qarşı oynayacağıq. "İnter"lə oyuna qədər hələ iki çempionat oyunumuz da var: "Simurq"la və Bakı "İnter"i ilə. Hələlik, bütün diqqətimiz bu oyunlara yönəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.