27 noyabr 2014 19:55

Araz Naxçıvan yenidən bir araya gəldi, amma çempionatda oynamayacaq

Məlum olduğu kimi, "Araz Naxçıvan" 3 həftə öncə Azərbaycan çempionatında oynamaqdan imtina edərək Peşəkar Futbol Liqasına rəsmi olaraq müraciət etmişdi. Azerisport.az xəbər verir ki, PFL bu müraciətə baxaraq, komandanın çempionatda oynamaqdan imtina etməsini təsdiqləmiş və klubun futbolçularına azad agent statusu verilmişdi.

"Araz Naxçıvan"ın çempionatdan imtina etməsinin səbəbi isə keçirdiyi oyunlarda hakimlərin komandaya qarşı qərəzli mövqeyi idi. Bu barədə klub rəhbərliyi aidiyyatı quruma bir neçə dəfə müraciət etsə də, buna səthi yanaşılmış və klub 11-ci turdan sonra çempionatdan imtina etdiyini rəsmi olaraq bəyan etmişdi. Çempionatdan imtina etməsinə baxmayaraq, "Araz Naxçıvan" fəaliyyətini dayandırmayıb. Muxtar respublika təmsilçisi yalnız Topaz Premyer Liqasında oynamaqdan imtina edib və fəaliyyətini Naxçıvan Muxtar Respublika birinciliyində davam etdirəcək. Çempionatda oynamaqdan imtina edən "Araz Naxçıvan" bu gündən etibarən bir araya toplaşıb və seçimlərə start verib. Məqsəd isə qarşıdakı illərdə yalnız naxçıvanlı futbolçulardan ibarət komanda formalaşdırmaq və muxtar respublikada uşaq futbolunun inkişafına təkan verməkdir. Artıq bu gün komanda Naxçıvan Muxtar Respublika Stadionunda ilk məşqinə çıxıb. Seçimlərdə isə Naxçıvanın daxili birinciliyində çıxış edən komandaların heyətlərindən seçilən oyunçular iştirak edib. 10 günə yaxın davam edəcək ilk seçimlərdə 1992-2000-ci il təvəllüdlü futbolçular qüvvələrini sınayır. Bu seçimlərdə məşqçilər tərəfindən müsbət rəy alacaq futbolçular dekabrın son həftəsində yenidən bir araya gələcəklər və məşqlərə davam edəcəklər. Bu müddət ərzində - daha dəqiq desək, 4-10 dekabr tarixlərində isə seçimlər 2000-2007-ci il təvəllüdlü futbolçular arasında aparılacaq və seçilən uşaqlar fevral ayında fəaliyyətə başlayacaq "Araz Naxçıvan" futbol məktəbinə dəvət olunacaqlar.  Yenidən formalaşan "Aaz Naxçıvan" fevral ayının sonlarında başlayacaq Naxçıvan Muxtar Respublika birinciliyinə, həmçinin Naxçıvan Kubokunda iştirak edəcək. Bu müddətə kimi isə komandanın yoldaşlıq oyunları keçirməsi gözlənilir. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.