27 noyabr 2014 18:25
Qarabağın futbolçusu ən çox qayda pozuntusuna məruz qalan oyunçulardandı
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsində ən çox qayda pozuntusuna məruz qalan futbolçulardan biridi. Azerisport.az xəbər verir ki, rəqib futbolçular braziliyalıya qarşı 15 dəfə qaydanı pozublar.
Eyni sayda qayda pozuntusuna məruz qalan futbolçular Rusiya "Dinamo"sundan Aleksandre Byuttner və Ukrayna "Dnepr"indəki Bruno Qamadı.
