27 noyabr 2014 15:00

Millimiz FİFA reytinqində geriləməyə davam edir

Futbol üzrə Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində növbəti geriləmə ilə üzləşib. Azerisport.az xəbər verir ki, noyabr ayı üçün açıqlanan reytinq cədvəlində millimiz 9 pillə geriləmək məcburiyyətində qalıb.

Komandamız hazırda 135-ci pillədə qərarlaşıb. Millimizin hesabında hazırda 215 xal var.

Millimiz reytinq cədvəlində AÇ-2016-nn təsnifat mərhələsinin “H” qrupundakı rəqiblərindən yalnız Maltanı qabaqlayır: İtaliya 11-ci (1064 xal), Xorvatiya 19-cu (946 xal), Bolqarıstan 66-cı (532 xal), Norveç 67-ci (481 xal), Malta 148-ci (166 xal) pillədə qərarlaşıb.

Keçmiş Sovet İttifaqı ölkələrindən reytinq cədvəlində ən yüksək pilləni Ukrayna tutur: 26-cı pillə, 920 xal. Rusiya isə 31-ci (792 xal) pillədə qərarlaşıb. Özbəkistan 74-cü (498 xal), Ermənistan 77-ci (432 xal), Estoniya 83-cü (390 xal), Litva 95-ci (355 xal), Latviya 97-ci (339 xal), Belarus 101-ci (331 xal), Moldova 120-ci (250 xal), Gürcüstan 126-cı (239 xal) sırada yer alıb və millimizi qabaqlayırlar. Tacikistan 215 xalla millimizlə eyni pilləni (135) paylaşır. Qazaxıstan (139, 205), Türkmənistan (148; 166) və Qırğızıstan (153; 146) isə millimizdən alt sıralarda qərarlaşıb.

Türkiyə yığması 604 xalla 48-ci yerdə qərarlaşı.

İlk onluq isə belə sıralanıb:
1. Almaniya - 1725 xal
2. Argentina - 1538
3. Kolumbiya - 1450
4. Belçika - 1417
5. Hollandiya - 1374
6. Braziliya - 1316
7. Portuqaliya - 1160
7. Fransa - 1160
9. İspaniya - 1142
10. Uruqvay – 1135

Ayın ən yaxşı komandası 82 pillə irəliləyən Farer adaları, ən pisi isə Misir və İraq yığmalarıdı - 22 pillə geri.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.