27 noyabr 2014 14:25

"Braziliyalıların yoxluğu Qarabağın oyununa təsir göstərə bilər"

"Qarabağ"ın uşaq futbolu üzrə idman direktoru Con van Loen azerisport.az saytının suallarını cavablandırıb.

- "Qarabağ"ın "Sent-Etyen"lə oyunundan nə gözləyirsiz?
- Ümid edirəm ki, komandamız bu oyunda yaxşı çıxış edə biləcək. Ən azından İtaliya "İnter"i ilə səfər oyunu bunu deməyə əsas verir.

- Çumbinyo, Dias və Reynaldonun yoxluğu komandaya təsir edə bilərmi?
- Ola bilər. Xüsusilə də Reynaldonun. Onun öz üstünlükləri var. Amma komanda 25 futbolçudan ibarətdi və hər kəs digərini əvəz edə biləcək gücdədi.

- Reynaldoya əvəzləyici var?
- Fikrimcə, Qurban Qurbanov nəyi necə edəcəyini yaxşı bilir.

- Onun əvvəlki formasından uzaq qalmasını nə ilə izah edərdiz?
- O, braziliyalıdı. Onlarda belə hallar olur. Amma Reynaldo fantastik futbolçudu.

- Həmyerliniz Leroy Corcun oyunu xoşunuza gəlir?
- Əlbəttə. O, çox yaxşı futbolçudu. Yeri gəlmişkən, o, mənim "Utrext"də çalışdığım vaxt oyunçum olub.

- "Qarabağ"ın Premyer Liqadakı çempionluq şanslarını necə qiymətləndirə bilərsiz?
- "Qarabağ" Azərbaycanın ən yaxşı komandasıdı. Bunu öz oyunu ilə də göstərir. Titulumuzu qorumalıyıq.

- Robert Prosineçkinin Azərbaycan yığmasının sükanı arxasına keçməsi gözlənilir. Siz bu təyinata necə baxırsız?
- Mən onu məşqçi kimi görməmişəm. Xüsusi məşqçi təcrübəsi də yoxdu. Heç nə deyə bilmərəm. Futbolçu kimi bir neçə dəfə qarşılaşmışıq. Gözəl futbolçu olub. Məşqçi karyerasında da uğurlar arzulayıram.

- Bu yaxınlarda "Breda"dan təklif alsaz da, imtina etmisiz. Niyə?
- Şərtləri məni qane etmədi. Onlar mənim komandaya mövsümün sonunadək başçılıq etməyimi istəyirdilər. Mən isə başqa təklif irəli sürdüm - bu mövsüm + daha bir mövsüm. Dekabrın 5-də AFFA-nın baş katibi Elxan Məmmədovla söhbətim olacaq. "Qarabağ"da qalıb-qalmayacağıma onda aydınlıq gələcək.

- Artıq 8 aydı "Qarabağ"dasız. Geridə qalan dövrdə nə dəyişib, nə çatışmır?
- Biz ilk növbədə uşaqların futbola baxışını dəyişdik. Bütün yaş qruplarında komandalarımız var. Bu, böyük işdi. Bizim tamamilə fərqli futbol fəlsəfəmiz var. "Qarabağ"da indi baza çatışmır. Kiçik meydançamız var, orada məşq edirik. Əgər bizim öz otelimiz, meydanlarımız olsa, regionlardakı uşaqları da komandamıza cəlb edə bilərik.

- Siz Tahir Gözəllə bu barədə söhbət etmisiz?
- Bəli. Sadəcə, Bakıda belə bir bazanın yaradılması üçün yer yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.