27 noyabr 2014 12:11
Prosineçki infrastruktur ilə tanış olub
Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki dünən "Bakcell Arena" və İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionlarına baş çəkib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu arenalardakı infrastruktur ilə tanış olub.
