27 noyabr 2014 11:18

Aslan Kərimov: Qarabağ Sent-Etyenlə qollu heç-heçəyə imza atacaq

Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimov səfərdə Fransa "Sent-Etyen"i ilə qarşılaşacaq "Qarabağ"la birgə səfərə yollanıb. O, azerisport.az saytına açıqlamasında bu oyunla bağlı fikirlərini açıqlayıb.

- Artıq iki gündü "Qarabağ"ın düşərgəsindəsiz. "Sent-Etyen"lə oyun öncəsi komandadakı atmosfer necədi?
- Gördüklərim xoş təəssürat oyadır. Uşaqlar zarafatlaşırlar, gülürlər. Bütövlükdə xoş atmosfer var. Məşqlərə tam konsentrasiya olublar.

- Qurban Qurbanov itkilərdən danışmağı xoşlamasa da, mətbuat konfransında bu durumun az qala problem olduğunu deyəcəkdi...
- Zədəli futbolçular komandada aparıcı rol oynayanlardı. Çumbinyo, Dias, Reynaldo komandanın əsas heyət üzvləridi. Baş məşqçinin onları kimlərlə əvəzləyəcəyini bilmirəm. Amma mənim üçün bu, doğrudan da böyük problemdi. Onlara layiqli əvəzləyici tapmaq çətin olacaq. İstər istəməz onların yoxluğu özünü göstərə bilər.

- Sizcə, "Qarabağ"ın bu oyunda uğur qazanmasına nə mane ola bilər?
- Çoxlu amillər saymaq olar. "Sent-Etyen" öz meydanında oynayacaq. Güman ki, Bakıdakı oyundan fərqli bu dəfə daha güclü heyəti meydana buraxacaqlar. Zədəlilərimizin olması da şübhəsiz ki, təsirsiz ötüşməyəcək.

- Əminliklə demək olar ki, "Sent-Etyen" azarkeşləri Fransada ən yaxşılardandı. Bu amil Ağdam klubunun oyununa nə dərəcədə təsir edə bilər?
- "Qarabağ" təcrübəli komandadı. Adlı-sanlı klublara qarşı səfərdə oynayıb. Təbii ki, rəqib bu oyuna böyük motivasiya ilə çıxacaq. Amma azarkeş amilinin ağdamlılar üçün böyük təhlükə olduğunu düşünmürəm. Yeganə təsiredici məqam kimi, erməni təxribatını qeyd edə bilərəm. Çünki Fransada erməni diasporu çox güclüdü. Amma əminəm ki, məşqçilər korpusu futbolçularla bu barədə də söhbət edəcək. Komanda hansısa təxribata da hazır olmalıdı.

- Bu oyuna proqnozunuz necədi?
- Demək çətindi. Amma məndə belə bir hiss var ki, qollu heç-heçə olacaq.

- Yığmamızın yeni baş məşqçisi böyük ehtimalla Robert Prosineçki olacaq. O, bu gün "Qarabağ"ın da oyununa gələcək. Sizcə, "Qarabağ" xorvatiyalı mütəxəssisi təəccübləndirə biləcək?
- Komandamızın Avropa Liqasının qrup mərhələsində oynaması onsuz da Prosineçkini təəccübləndirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.