27 noyabr 2014 00:05

Qarabağın sonuncu səfər matçı

Bu gün Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da növbəti sınağına çıxacaq.

Xatırladaq ki, Ağdam klubu bu mövsüm avrokuboklar macərasına Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Üçüncü təsnifat mərhələsində isə təmsilçimiz Avstriya "Zalsburq"una uduzaraq (2:1, 0:2), ÇL ilə vidalaşdı. Lakin qaydaya görə, ÇL-in pley-off mərhələsinə vəsiqə qazana bilməyən klublar mübarizəni Avroliqanın eyni mərhələsində davam etdirmək şansına malik idi. Çempionumuz məhz bu mərhələdə ünlü Hollandiya "Tvente"si ilə çətin sınaqdan üzüağ çıxaraq (evdə 0:0, səfərdə 1:1), tarixində ilk dəfə adını qrup mərhələsinə yazdırdı.

"Qarabağ"ın qrup mərhələsindəki rəqibləri İtaliya "İnter"i, Fransa "Sent-Etyen"i və Ukrayna "Dnepr"idi. İlk turdakı rəqib məhz Fransa təmsilçisi idi. Bakıdakı həmin oyunda ağdamlılar "Sent-Etyen"dən daha yaxşı oynasa da, qolsuz heç-heçəyə razılaşmalı oldu. Digər "böyük beşlik" ölkəsi təmsilçisi - "İnter"lə görüşdə isə komandamız 0:2 hesablı məğlubiyyətlə üzləşdi. Ağdam təmsilçisi qrupundakı nəhənglərlə müqayisədə nisbətən zəif olan rəqiblə - "Dnepr"lə səfər qarşılaşmasında isə böyük bir sürprizə imza ataraq 1:0 hesablı qələbəyə sevindi. Təəssüf ki, sözügedən komanda ilə ev oyununda eyni uğuru təkrarlamaq mümkün olmadı və ağdamlılar 1:2 hesablı yenilgi ilə üzləşdilər. İndi təmsilçimiz Bakıda yenə bilmədiyi "Sent-Etyen"dən səfərdə xal almağa çalışacaq.

"Sent-Etyen" 1919-cu ildə yaranıb. Bu klub Liqa 1-də əldə etdiyi 10 çempionluqla ölkəsinin ən çox uğur qazanan komandalarından biridi. Lakin "Qarabağ"ın rəqibinin sonuncu çempionluğu 33 il əvvələ təsadüf edir. Ölkə kubokunu 6 dəfə qazanan fransızların beynəlxalq arenada ən böyük uğuru o vaxtlar UEFA Çempionlar Kubokunun finalına çıxmaq olub. Həmin qarşılaşmada Almaniya nəhəngi "Bavariya"ya 0:1 hesabı ilə məğlub olan fransızlar qızıl medaldan əlini üzməli olublar.

Yeni mövsümdə "Qarabağ"ın rəqibi ölkə çempionatına uğurlu çıxış edir. Belə ki, Fransa çempionatının geridə qalan 14 turunda "Sent-Etyen" 6 qələbə, 5 heç-heçə, 3 məğlubiyyətlə 6-cı yerdə qərarlaşıb. Komanda 13 qol vurduğu halda, öz qapısında da 12 top görüb.

Kluba Bernard Kayatso və Rolan Romeyer rəhbərlik edir. Komandanın baş məşqçisi isə Kristof Qaltyedi. Oyunlarını 40 800 nəfərlik azarkeş tutumuna malik "Stade Geoffroy-Guichard" stadionunda oynayan "ağ-yaşıllılar" ötən mövsümdə 69 xal toplayaraq, çempionatı 4-cü pillədə başa vurub. Məhz bunun sayəsində Avroliqaya vəsiqə qazanan komanda birbaşa pley-off mərhələsindən mübarizəyə başlayıb. Lakin onlar Türkiyənin "Karabükspor" klubunu yalnız penaltilər seriyasında məğlub edərək qruplara qalmağı bacarıblar.

Göründüyü kimi, "Qarabağ"ın rəqibi kifayət qədər güclü klubdu. Bu üzdən də komandamızın "Sent-Etyen"lə oyunda uğur qazanması üçün daha böyük güc sərf etməsinə ehtiyac var. Qurban Qurbanovun yetirmələri maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərinin hər birini dəyərləndirməklə sürpriz nəticəyə imza ata bilər. Təbii ki, ağdamlıların hətta heç-heçəyə nail olması da uğurlu nəticə sayılacaq. Amma qələbə qazanmaq daha yaxşı olardı. Baxmayaraq ki, çətin Fransada bunu həyata keçirmək çox çətin olacaq.

Sonda onu da bildirək ki, "Qarabağ"ın Avroliqada qazandığı istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, Ağdam klubunun hər bir qələbəsi ölkəmizə 0,500, heç-heçə isə 0,250 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 29-cu pillədədi və hesabında 12.000 reytinq xalı var. Bunun 3.125 xalı cari mövsümdə qazanılıb (1.750 xal "Qarabağ"ın, 0.750 xal "İnter"in, qalan 0.625 xal isə "Neftçi"nin sayəsində əldə olunub).

"Qarabağ" hazırda UEFA-nın klub reytinqində 9.400 xalla 166-cıdı. "Sent-Etyen" isə 15.250 xalla 118-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, F qrupu çərçivəsindəki digər oyunda "İnter" "Dnepr"i qəbul edəcək.

Avropa Liqası
F qrupu

27 noyabr

00:05. Sent-Etyen - Qarabağ
Hakimlər: Kristin Yakobsson, Siqurdur Torleyfsson, Qunnar Qunnarson, Mar Siqurdsson.
Əlavə köməkçi hakimlər: Toroddur Hyaltalin, Torvaldur Arnason (hakimlər İslandiyadandır).
Hakim-inspektor: Yuni Hyutya (Finlandiya).
UEFA nümayəndəsi: Tobias Volf (Almaniya).
Sent-Etyen. "Stade Geoffroy-Guichard" stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.