26 noyabr 2014 13:45

Abdullayev: Ümid edirəm ki, milli Prosineçkinin rəhbərliyi altında daha yaxşı oynayacaq

Azərbaycanın futbol mütəxəssisi Oqtay Abdullayevin azerisport.az saytına müsahibəsi

- Yığmamızda Berti Foqts erası başa çatdı. Böyük ehtimalla bundan sonra xorvatiyalı Robert Prosineçkinin erası başlayacaq...
- Azərbaycan yığmasının bu qədər zəifləməsində yalnız Berti Foqts günahkar deyil. Bunda veteranlarımız da günahkardı. Əgər futbolumuzun daha da güclənməsini istəyiriksə, o zaman bütün işlərdə aktiv iştirak etməliyik.

- Necə?
- Öz məsləhətlərimizi verməliyik. Hamımız deyirik ki, uşaq futbolunu inkişaf etdirməliyik. Amma kim durub bunu necə etmək lazım olduğunu açıqlayıb? Hər kəs öz proqramını hazırlayıb təqdim etməlidi.

- Məsələn, siz nə məsləhət verirsiz?
- Mən məsləhət vermirəm, reallaşdırıram. Bu yaxınlarda bəzi veteranlarla bir araya gəlib məsləhətləşdik. Premyer Liqanın oyunlarına çox az insan gəlir. Bu barədə düşünmək lazımdı. "Qarabağ"ın Avroliqadakı oyunlarına çox adam gəldiyi halda, niyə Premyer Liqaya maraq olmamalıdı?

- Bəlkə onlara çempionat oyunları maraqlı deyil?
- İstənilən halda çıxış yolu tapmaq lazımdı. Belə olmaz. Azarkeş marağı olmasa, inkişaf da olmayacaq. Hər kəs yerində oturub danışa bilər. İş görmək lazımdı. Bundan sonra veteranlar bir yerdə çempionat oyunlarına gedəcəklər, oyunları izləyəcəklər. AFFA ilə də danışıqlar aparacağıq. Baş katib Elxan Məmmədovla məshələtləşmişəm, o, bizim ideyamızı dəstəklədiyini deyib. Bizim 10 məsləhətimizdən ən azı ikisi realda həyata keçsə, bu, uğurumuz olacaq.

- Robert Prosineçkinin Bakıya gəlişini necə qarşıladız?
- Şəxsən mən onun təyinatının əleyhinə deyiləm. Prosineçki cavan və iddialı mütəxəssisdi.

- Sizcə, o, bizə nə verə bilər?
- Xorvatiya futbolu son illər çox inkişaf edib, yaxşı məktəbləri var. Qoy işləsin, görək nə edə biləcək. Ümid edirəm ki, onun rəhbərliyi altında Azərbaycan yığması daha yaxşı oynayacaq.

- "Qarabağ"dan Fransada nə gözləyək?
- Çox təəssüf ki, belə bir oyunda komandanın aparıcı futbolçuları oynaya bilməyəcək. Qurban Qurbanovun nəsə düşünəcəyinə əminəm. "Sent-Etyen"i səfərdə məğlub etməyin çətin olduğunu başa düşürəm. Amma çox istərdim ki, ağdamlılar səfərdən qələbə ilə dönsün. Fransada böyük erməni diasporu var və onlar artıq təxribata başlayıblar. Komandamız qrup mərhələsinə düşməklə onsuz da əsas vəzifəsinin öhdəsindən gəlib. İndi isə bizə daha yaxşısına ümid etmək qalır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.