25 noyabr 2014 14:10
Rövnəq Abdullayev baş katibə Klublar Komitəsi yaratmağı tapşırdı
AFFA prezidentinin əmrinə əsasən assosiasiyada Topaz Premyer Liqasında çıxış edən klubların nümayəndələrinin iştirakı ilə Klublar Komitəsi yaradılacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bununla əlaqədar olaraq baş katibliyə aşağıakılar tapşırılıb:
1. Klublar Komitəsinin Əsasnaməsinin hazırlanması.
2. Klublar Komitəsinin iş prinsipinin müəyyənləşməsi.
3. Klublar Komitəsi Topaz Premyer Liqası klublarının nümayəndələrinin iştirakı ilə operativ olaraq fəaliyyətə başlasın.
