Əfran İsmayılov: Heç bir məşqçi istəməz ki, futbolçusu qırmızı vərəqə alsın
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Gərgin oyun oldu. Qol vurmaq daha çox imkanımız oldu. Hesbaı 4:1 də edə bilərdik. Amma ələ düşən şanslardan yaxşı yararlana bilmədik. Say üstünlüyünə malik olduğumuz dəqiqələr də vardı. Sonda isə hər iki komanda 9 nəfərlə oynadı. Xal itkisinə görə çox üzgünəm. Çünki 90+3-cü dəqiqədə qol buraxdıq. Amma futbolda belə hallar olur.
İlk dəfə qırmızı vərəqə aldım. Hamı bilir ki, mən heç vaxt oyunlarda nə hakimlə, hə də futbolçularla mübahisə etmirəm. Amma bu oyunda birbaşa qırmızı vərəqə aldım. Halbuki, Karlos Kardosoya heç nə etməmişdim. Biz sadəcə, toqquşduq və mən onun əlini özümdən uzaqlaşdırmaq istədim. Lakin əlim onun burnuna toxundu və bir də gördüm ki, qazona uzanıb.
Robert Prosineçkinin bu oyunu izlədiyini bilirdim. Hər şeyi gözəl başa düşürəm. Mən hətta sarı vərəqəni də təsadüfi hallarda alıram. Əlbəttə, qırmızı vərəqə almağım onun xoşuna gəlməyə bilər. Heç bir məşqçi istəməz ki, onun oyunçusu komandasını belə vəziyyətdə qoysun".
