25 noyabr 2014 13:10
Kazbek Tuayev: AFFA-nı Prosineçki seçiminə görə alqışlayıram
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev Robert Prosineçkinin Azərbaycan millisinin baş məşqçi postuna mümkün təyinatından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasının yeni baş məşqçisi Robert Prosineçki olacaq. Mən AFFA-nı bu seçiminə görə alqışlayıram. O, gözəl futbolçu olub. Berti Foqts kimi müdafiəçi olmayıb. Bu üzdən də onun məşqçi kimi yaradıcı olacağına inanıram. Gəncdi, deməli, çoxlu arzuları var. Xorvatiya yığmasında iş təcrübəsi var. Əgər yenə əcnəbi mütəxəssis gətirmək istəyiriksə, o, ən yaxşı namizədlərdən biridi".
