25 noyabr 2014 12:43

Rəşad Sadiqov: Müdafiə olunmaqla səhvə yol verdik

"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran"la oyun haqda düşüncələrinizi almaq istərdik...
- Çətin oyun oldu. Qələbə qazana bilərdik. Təəssüf ki, son saniyələrdə qol buraxdıq. Üzücüdü. Komanda bu şokdan çətin ayılacaq.

- Hakim bu oyunda 4 qırmızı vərəqə göstərdi. Sizcə, ədalətli qərarlar idi?
- Mənim nəsə deməyim heç nəyi dəyişməyəcək. Qoy onlar özləri bu epizodların təkrarına baxsınlar, öz fikirlərini desinlər.

- Kənardan sizin bu oyuna xüsusi motivasiya ilə çıxdığınız hiss olunurdu...
- Qələbə qazanmağımızı çox istəyirdim. Təəssüf ki, 3 xalı əldən verdik.

- Komanda sanki, oyunun sonunda arxayınlaşmışdı...
- Deməzdim. Sadəcə, müdafiəyə çəkilməklə səhvə yol verdik. Üstünlüyümüzdən yararlanıb, qabağa getməliydik. Bu, oyunumuza təsirini göstərdi. Uşaqlara da bunu dedim, amma alınmadı.

- Bəzi epizodlarda "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçlə mübahisə edirdiz. Nə baş vermişdi?
- Elə bir şey yox idi. Biz sadəcə, zarafatlaşırdıq.

- Stamenkoviç komanda yoldaşınızın meydandan qovulduğu epizodda daha çox canfəşanlıq göstərdi...
- Elvin Əsgərov belə bir oyunu idarə edə biləcək hakim deyil. O, hər epizodda vərəqə göstərirdi. Oyunun sonunda bu qədər qırmızı vərəqənin olacağı gözlənilən idi. O, gənc hakimdi və belə bir oyunda özünü itirdi.

- Sizə elə gəlmir ki, bununla gərginliyi aşağı salmağa çalışırdı?
- Amma məncə, bunun tam əksi alındı.

- Komandanız yenə xal itirdi...
- Qarşıdakı oyunlarda bizə çətin olacaq. Belə oyunla iki xal itirməməliydik.

- Lənkəranda və ya Bakıda oynamağın fərqi çoxdu?
- Böyük fərq var. Lənkəranda stadion tam dolu olur. Burada isə azarkeş az idi. Evdə və ya səfərdə oynamaq tamamilə fərqlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.