25 noyabr 2014 12:00

Karlos Kardoso: Sonadək Qarabağla mübarizə aparacağıq

"Neftçi"nin müdafiəçisi Karlos Kardosonun azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran"la oyun haqda nə deyə bilərsiz?
- Yaxşı oyun göstərdik. Amma hakim hər şeyi korladı. Futbolda oyunu hakim yox, futbolçular korlaya bilər. Amma bu oyunda həmin funksiyanı tamamilə hakimlər həyata keçirdilər. Bizim onlara kömək etməyimizə ehtiyac qalmadı.

- Hakimlərə görə xal itirdiyinizi dşünürsüz?
- Deməzdim ki, xal itirməyimizdə yalnız hakimlər günahkardı. Amma onun qərarları nəticəyə təsirini göstərdi. Hər şey başqa cür də başa çata bilərdi.

- Sarı vərəqə alandan sonra meydanı tərk etmək istəyirdiz. Niyə?
- Mən özümdə deyildim. Hərdən oyunda özünə nəzarəti itirirsən. Məşqçilər korpusu məni zamanında sakitləşdirdi.

- "Neftçi" ilk qırmızı vərəqədən sonra oyununu itirdi...
- Razı deyiləm. Oyunu belə hala salan hakim oldu. Oyunçuların bu oyun haqda danışası sözü olmamalıdı. Bunu "Xəzər Lənkəran"ın da oyunçularına aid etmək olar.

- Nəzərə alsaq ki, ikinci qolu son saniyələrdə vurduz, heç-heçədən razısız?
- Mən Allaha inanıram və düşünürəm ki, ədalət öz yerini tapdı. Bu, mənim Azərbaycanda ikinci mövsümümdü. Əminliklə deyərdim ki, bu nəticə ən vacib heç-heçələrimizdən biridi.

- Zədəniz nə dərəcədə ciddidi?
- Ayağım ağrıyır. Ümid edirəm ki, ciddi bir şey yoxdu.

- Komandanız son iki turda xallar itirir. Bu, sizin çempionluq yolundakı işinizi çətinə salmır?
- Əlbəttə, yox. Biz sonadək "Qarabağ"la mübarizə aparacağıq. "Neftçi" dayanmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.