25 noyabr 2014 11:45
Böyükağa Hacıyev: Robert Prosineçkini tanımıram
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev Robert Prosineçkinin Azərbaycan yığmasına mümkün təyinatından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları bildirib:
"Siz məndən Arsen Venger haqda soruşun, danışım. Pep Qvardiola və ya digərləri barədə fikirlərimi deyə bilərəm. Amma Prosineçkini tanımıram. Onun dosyesi mənə məlum deyil. Məşqçilik karyerası yəqin ki, o qədər zəngin olmayıb. Belədə tanımadığım məşqçi haqda danışa bilmərəm. Hər halda təyinat rəsmiləşməyib. Əgər rəsmiləşsə, biz yalnız uğurlar arzu edə bilərk. Milli hamımızın sevimli komandasıdır. Azərbaycan millisindən hər zaman uğur gözləyirik. Kim çalışmasından asılı olmayaraq komanda bizimdir".
