24 noyabr 2014 20:00

Arif Əsədov: Oyun derbi adı ilə uzlaşdı

"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Neftçi” – “Xəzər Lənkəran” oyunları həmişə prinsipial alınıb. Oyun məhz derbi adı ilə uzlaşdı.  Qırmızı vərəqələr oldu. Lakin sona yaxın komandam özündə güc tapdı və bərabərlik qolunu vurdu. Mən hakimlik barədə heç nə demək istəmirəm. İsti başla nəsə demək düzgün deyil. Sadəcə, əlavə edim ki, təzyiqlərə baxmayaraq, biz hesabı bərabərləşdirdik. Emil Balayev qırmızı vərəqə aldıqdan sonra bəzi dəyişikliklər etdik. Araz Abdullayev bu gün meydançaya çıxmadı. Araz lazımlı oyunçudur. Amma komandanın nizam-intizam kodeksləri var. Bütün  futbolçular buna əməl etməlidir. Araz Abdullayevlə bağlı sabah qərar verəcəyik. Biz o tip futbolçuları itirməyə yox, qazanmağa çalışırıq. Qərar çıxarıldıqdan sonra bu barədə ictimaiyyətə məlumat verəcəyik. Qaydalar hər bir futbolçu üçün keçərlidir. Elvin Yunuszadə düşərgəyə gecikdi və onu da cəzalandırdıq. Heç bir futbolçuya güzəşt olunmayacaq. Biz milli komandaya futbolçu vermək üçün çalışırıq. Qırmızı vərəqələr çox oldu. Elə bir oyun idi ki, hər bir futbolçu qırmızı vərəqə ala bilərdi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.