24 noyabr 2014 13:22

Emil Balayev: Ayntraxtda oynamağa hazıram

"Neftçi"nin qapıçısı Emil Balayevin azerisport.az saytına müsahibəsi

- Almaniya klubundan aldığınız təklif haqda nə deyə bilərsiz?
- Gənc futbolçu kimi, təbii ki, "Ayntraxt"dan gələn təklifə sevindim. Bu, mənim karyeramda çox vacib bir şansdı. "Xəzər Lənkəran"la oyundan dərhal sonra Almaniyaya yollanacam.

- Dəvətin detalları barədə açıqlama verə bilərsiz?
- Düzünü deyim ki, detallar haqda o qədər də məlumatım yoxdu. Çünki "Ayntraxt" birbaşa "Neftçi" rəhbərliyi ilə danışıqlar aparır. "Neftçi"nin futbolçusu olduğuma görə, klub rəhbərliyinin dediyi kimi hərəkət edəcəm. Onlar məni həm saxlaya, həm də göndərə bilərlər. Hazırda mənə özümü Almaniya klubunda göstərmək imkanı yaradıblar. Baxaq, görək necə alınacaq.

- Özünüzü ölkə xaricində oynamağa hazır hesab edirsiz?
- Niyə də yox? Bu, mənim üçün böyük üstünlükdü. Əgər onlar daim məni əsas heyətdə oynatmaq istəyirlərsə, hazıram. Azərbaycanı, mənə doğma olan "Neftçi"ni Avropanın güclü çempionatlarndan birində təmsil etmək istəyirəm.

- "Neftçi" ilə müqavilənizin müddəti nə vaxta qədərdi?
- Dekabrın sonunda başa çatacaq.

- Yeni müqavilə təklif olunmayıb?
- Hələ belə bir danışığımız olmayıb. Amma "Neftçi" mənim üçün doğma klubdu. Bu, bizim üçün problem deyil.

- Son dörd turda əsas heyətdə meydana çıxırsız. Artıq demək olar ki, komandanın bir nömrəsi siz olmusuz?
- Hər şey baş məşqçinin qərarından və mənim sərgilədiyim oyundan asılıdı. Əgər baş məşqçi şans versə, "Xəzər Lənkəran"la oyunda da özümü göstərməyə çalışacam. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdı və belə bir komandada oynamaq böyük məsuliyyət tələb edir.

- "Xəzər Lənkəran"la oyundan nə gözləyirsiz?
- Vacib oyundu. Qapıçılar üçün xüsusi konsentrasiya lazımdı. "Simurq"a məğlubiyyətdən sonra prinsipial rəqibimizə qalib gəlməklə vəziyyəti düzəltmək istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.