24 noyabr 2014 13:05

Sadio Tounkara 100-cü oyunun astanasında

"Xəzər Lənkəran"ın heyətində növbəti oyun Sadio Tounkara üçün yubiley 100-cü oyun olacaq. Azerisport.az xəbər verir ki, komandanın malili yarımmüdafiəçisi karyerasında 100-cü dəfə “ağ-yaşıllar”ın heyətində rəsmi matça çıxacaq.

2012-ci ilin əvvəlində transfer olunan afrikalı 2011/12 mövsümündün AZAL-la görüşündə ilk dəfə bu komandanın formasını geyib. 2012-ci il fevralın 16-dakı qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olan afrikalı 3 ilə yaxın müddətdə 81 çempionat, 10 kubok, 7 Avroliqa, 1 Superkubok görüşünün iştirakçısı olub.

Çempionatda çıxışını dayandıran “Araz-Naxçıvan”la oyunun nəticəsi ləğv olunduğundan Sadionun yubileyi “Neftçi” ilə “Böyük oyun”a təsadüf edəcək. Əgər Naxçıvan təmsilçisi mübarizəni davam etdirmiş olsaydı, afrikalı artıq “İnter”lə 12-ci turun matçında 100-ə çatacaqdı.

Mövsüm

Turnir

Oyun

Dəqiqə

Qol

Sarı

Qırmızı

2011/12

çempionat

11

629

1

0

0

2011/12

Kubok

1

27

0

0

0

2012/13

Avropa Liqası

4

309

0

2

0

2012/13

çempionat

28

2006

5

5

0

2012/13

Kubok

4

304

0

1

0

2013/14

Avropa Liqası

3

270

0

0

0

2013/14

çempionat

35

2253

5

3

0

2013/14

Superkubok

1

64

0

0

1

2013/14

Kubok

5

378

2

0

0

2014/15

çempionat

7

516

1

1

0

 

Cəmi

99

6756

14

12

1

Sadio “Xəzər Lənkəran”ın tarixində 100 oyun səddinə çatan 9-cu futbolçu olacaq. Onadək bunu 8 oyunçumuz bacarıb. Radomir Todorov və Adrian Skarlatakedən sonra 100-ü fəth edən 3-cü legioner kimi tarixə düşəcək Tounkara klubda bunu bacaran ilk afrikalı olacaq.

Yer

Futbolçu

Oyun

1

Rahid Əmirquliyev

280

2

Radomir Todorov

183

3

Alim Qurbanov

177

4

Kamran Ağayev

161

5

Rəşad Abdullayev

155

6

Elnur Abdullayev

126

7

Adrian Skarlatake

101

8

Elnur Allahverdiyev

100

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.