24 noyabr 2014 11:45

Qaltye: Qarabağla oyunda bizə 5-ci heç-heçə yox, ancaq qələbə lazımdı

Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye ölkə çempionatının son turu çərçivəsində qarşılaşdıqları "Nant"la oyundan (1:1) sonra açıqlamalar verib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan komandanın çalışdırıcısı noyabrın 27-də baş tutacaq Ağdam klubu ilə oyun öncəsi maraqlı məqamlara toxunub:

"Nant" yaxşı komandadı. Amma mən istənilən halda bu xal itkisinə görə məyusam. Çünki yaratdığımız çoxsaylı qol epizodlarına məsuliyyətsiz yanaşırıq, onlardan lazımınca yararlanmırıq".

"Bizim heyətimizi görən hər kəs bilir ki, Avropa Liqası ilə Liqa-1 arasında hansısa fərq qoymuruq. Bizim üçün "Nant"la oyun "Qarabağ"la qarşılaşma qədər vacib idi. Gözəl başa düşürük ki, bizi çətin həftə gözləyir. Amma bizə həm Avroliqada, həm də çempionatdakı bütün məsələlərə aydınlıq gətirməyimiz lazımdı".

"Qarabağ"la oyunda heyətdə nə dəyişiklər olacaq? İndidən bu barədə nəsə demək çətindi. Çünki hələ azərbaycanlılarla oyun üçün  məşqlərə başlamamışıq. Meydana hamıdan daha yaxşı hazır olan futbolçular çıxacaqlar. Ardıcıl beşinci heç-heçə? Xeyr, bizə ancaq qələbə lazımdı. Dediyim kimi, qarşıya qoyulan vəzifəyə çatmaq üçün buna məcburuq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.