24 noyabr 2014 01:00

Riçard Almeyda: Qarabağ Reynaldosuz da Fransadan qələbə ilə qayıda bilər

"Qarabağ"ın futbolçusu Riçard Almeyda AZAL ilə oyundan sonra jurnalistlərin suallarına cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- AZAL ilə oyun barədə danışardınız. Bu matçda "Qarabağ" maksimum gücünü nümayiş etdirmədi..
- Biz hər oyuna yaxşı hazırlaşmağa çalışırıq. Rəqib kifayət qədər yaxşı heyətə malikdir. İstəyirdik səfər ərəfəsində qələbə qazanaq. Sözsüz qələbə çətin əldə edildi. Müəyyən itkilərimiz var. Bu itkilər oyunumuza təsir edir. Üstəlik cəmi 2 gün fasilə oldu və növbəti oyuna qədər rahat dincəlmək mümkün olmadı. Bununla belə qələbə qazandığımıza görə sevinirəm.

- Ola bilər ki, əsas gücünüzü Avroliqaya saxlamısınız?
- Bu gün üçün əsas məqsəd AZAL-ı məğlub etmək idi. Bundan sonra Avroliqa matçı haqda düşünəcəyik. Biz hər rəqiblə oyunda maksimum nəticə qazanmağa çalışırıq.

- Reynalndonun vəziyyəti nə yerdədir. Yəqin onun durumu barədə məlumatlısan...
- Reynaldonun zədələnməsi əhvalımızı korladı. Biz hər bir futbolçumuzun bizimlə olmasını istəyirik. Onun olmaması pis haldır. Amma "Qarabağ" da komanda ruhu var. Biz hər matçda komanda oyununu göstərməyə çalışırıq. Bir futbolçudan asılı olmarıq.

- Reynaldo olmayan matçlarda komanda zəif təsir bağışlayır. Fransada Reynaldo olmadan mübarizə aparmaq mümkün olacaq?
- Fikrimcə biz Reynaldo olmadan belə qələbə qazana bilərik. Əsas istəyimiz yaxşı oyun sərgiləməkdir. Səfərdəki oyun çətin olacaq. Biz Sent Etyenlə Fransada oynamağa hazırıq. Ona görə Reynaldo olmasa şanslarımızı azaltmayaq. Reynaldo komandanın əsas futbolçularından biridir. O yoxdusa onu əvəzedəcək başqa oyunçumuz var.

- Səfərdə hansı nəticə komanda üçün qənaətbəxş olacaq?
- Biz hələ Sent Etyenlə oyuna hazırlığa başlamamışıq. Ona görə fikir söyləmək çətindir. Baş məşqçimizin dediklərini etməyə çalışacayıq. İstəyirik Bakıya yaxşı nəticəylə qayıdaq. Məşqçilər tərəfindən əsas məqsəd nə qoyulacaqsa biz də onu yerinə yetirməyə çalışacayıq. Meydanda istəyimiz odur ki, Sent Etyenlə ən azı Bakıdakı kimi yaxşı mübarizə göstərək.

- AZAL ilə oyunda stadionda azarkeş çox az idi. Avroliqa matçlarında 32 min, çempionatda isə cəmi 2 min azarkeşin qarşısında oynamaq fərqli hisslərdir..
- Meydana çıxarkən bizi dəstəkləyən insanları görürük. Amma oyun başlayanda hamını unuduruq, fikrimiz mübarizəyə köklənir. Azarkeşləri görmürük. Əlbəttə, istərdik hər oyunda azarkeş çox olsun. Bununla belə bizim məqsədimiz hər matçda qələbə qazanmaqdır. Bilirik ki, azarkeşlərimiz bizdən uğur gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.