23 noyabr 2014 00:07

Topaz Premyer Liqasında 13-cü tur həyacanı

Bu gün və sabah Topaz Premyer Liqasında 13-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, hesabat turu “Xəzər Lənkəran”la “Neftçi” arasındakı “Böyük oyun”la əlamətdar olacaq.

İlk oyun günündə öncə son çempion “Qarabağ” evdə AZAL-la qarşılaşacaq. "Təyyarəçilər" son 3 oyunda “Qarabağ”dan xal ala bilməyib. Ağdamlılar 30-cu qolun astanasında olduğu əvvəlki 23 dueldə böyük üstünlüyə malikdir. Bu komanda 12 qələbə qazandığı halda, 5 görüşdə də paytaxt klubu 3 xala sevinən tərəf olub. 6 qarşılaşmada isə tərəflər qalibi müəyyənləşdirə bilməyiblər. Top fərqində də ağdamlılar üstün tərəfdilər - 29:22. İlk dövrədəki oyunda da "Qarabağ" 3 cavabsız qolla üstün olmuşdu. Qurban Qurbanovun komandası zirvədəki mövqeyini qorumaq üçün bu görüşdə də qələbə qazanmağa borcludu. Bu, həm də qarşıdakı Avropa Liqası çərçivəsində Fransa "Sent-Etyen"i ilə oyun öncəsi komandada əhval-ruhiyyəni yaxşılaşdırmaq baxımından vacibdi. Tərlan Əhmədovun komandası isə hələ ki, uğursuzluq zolağından çıxa bilmir.

Günün digər oyununda “Qəbələ” “Simurq”u qəbul edəcək. Bu komandaların əvvəlki 23 matçında 9 qələbəsi olan “Qəbələ” 10-cu uğurun astanasındadır. Zaqatala klubu isə 7 dəfə 3 xala sevinib. Daha 7 qarşılaşmada da heç-heçə qeydə alınıb. Ardıcıl 2 səfər məğlubiyyəti alan “Simurq” ümumilikdə 5 matçdır rəqibinə qalib gəlmir. Top fərqi də qəbələlilərin xeyrinədi - 23:19. İlk dövrədə Zaqatalada keçirilən qarşılaşmada da 3 xala sevinən tərəf "Qəbələ" olmuşdu - 2:1. Son turda AZAL-la oyunda çətinliklə 1 xal qazanan Dorinel Muntyanunun komandası bu dəfə qələbə qazanmaq istəyindədi. Amma son turda "Neftçi"yə qalib gəlmiş Zaqatala klubunun da Qəbələyə məğlub olmaq üçün getmədiyi aydındı.

Bazar ertəsinin ən mühüm qarşılaşması “Xəzər Lənkəran”la “Neftçi” arasında baş tutacaq. 7 ildir səfərdə rəqibinə qalib gəlməyən “Neftçi” Lənkərandakı ardıcıl 10 “Böyük oyun”da xal itirib. Əvvəlki 30 dueldə üstünlüyə malik bakılılar səfərdəki son iki matçda heç-heçəylə kifayətlənib. "Ağ-qaralar"ın əvvəlki görüşlərdə 11 qələbəsi varsa, "ağ-yaşıllar" 7 dəfə belə uğura imza atb. 12 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də cənubluların xeyrinə deyil - 23:32. İlk dövrədə Bakıda baş tutmuş oyunda "Neftçi" rəqibini minimal hesabla məğlub etmişdi - 1:0. "Xəzər Lənkəran" əzəli rəqibini doğma meydanda qəbul etməli olsa da, Lənkəran şəhər stadionundakı təmir işləri ilə əlaqədar "Neftçi" ilə Bakıda qarşılaşmalı olacaq. Bu isə təbii ki, Arif Əsədovun komandasına əlavə üstünlük verir. Son turda hər iki komanda məğlubiyyətlə üzləşdiyinə görə, tərəflərin növbəti xal itkisiylə üzləşmək istəməyəcəyi bəllidi.

Nəhayət, turun son oyununda “Sumqayıt”la “Bakı” üz-üzə gələcək. Yubiley – 10-cu duel öncəsi üstünlük bakılıların tərəfindədir. "Zolaqlılar" əvvəlki duellərdə 4 qələbəyə seviniblər. Lakin paytaxtın eyniadlı təmsilçisi son 3 matçda qalib gələ bilməyib. Sumqayıtlılar isə son 3 ev matçında meydanı qolsuz tərk etmir. Cəmi 2 qələbəsi olan bu komanda 3 dəfə də rəqibi ilə sülhə razılaşıb. İlk dövrədəki oyunda 2:1 hesabıyla üstün olan "Sumqayıt" səfərdə də bu uğurunu təkrarlamağa çalışacaq. "Araz Naxçıvan"ın çempionatdan imtinasından sonra son turda istirahət etmək məcburiyyətində qalan Aqil Məmmədovun komandası bu baxımdan əlavə istirahət hüququ da qazandı. Amma son pillədə qərarlaşan "zolaqlılar"ın da uğursuz gedişata son qoymaq üçün əllərindən gələni edəcəyi şübhəsizdi.

Topaz Premyer Liqası
13-cü tur

23 noyabr (bazar)

15:15. Qarabağ - AZAL
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Zeynal Zeynalov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

17:15. Qəbələ - Simurq
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Rza Məmmədov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ şəhər stadionu.

24 noyabr (bazar ertəsi)

17:00. Xəzər Lənkəran - Neftçi
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
Bakı. “Dalğa Arena”.

17:00. Sumqayıt - Bakı
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “Kapital Bank Arena”.
 

1Qarabağ1063118-1021
2Neftçi1062213-620
3İnter1146120-418
4Simurq1142513-1214
5Xəzər Lənkəran1142514-1414
6Qəbələ1034313-1513
7AZAL1024410-1810
8Sumqayıt1031611-1610
9Bakı112279-268
10Araz Naxçıvan00000-00

Bombardirlər:
7
- Mikel Alvaro (İnter).
5 - Nurlan Novruzov (Bakı), Məhəmməd Qurbanov (Sumqayıt).
4 - Cavid Hüseynov (Qəbələ), İnnosent Emeqara (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.