22 noyabr 2014 15:00
Qarabağda Reynaldo şoku
Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirəcəyi oyun öncəsi ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun aparıcı futbolçusu Reynaldo sıradan çıxıb.
O, Topaz Premyer Liqasının son turunda "Bakı"ya qarşı oyunda zədə alıb. Bu zədə səbəbindən braziliyalı hücumçunun bir həftə istirahət etməsi lazım gələcək. Belədə onun "Sent-Etyen"lə qarşılaşmanı buraxması qaçılmaz olacaq.
