22 noyabr 2014 11:30
"Azərbaycan futbolundakı pul Avstriyadakından daha çoxdu"
Avstriyalı futbol mütəxəssisi Georq Zelhofer yerli Bundesliqanın durumundan narazıdı. Azerisport.az xəbər verir ki, o, bu barədə danışarkən ölkəsini Azərbaycanla da müqayisə edib:
"Pul baxımından biz Avropanın əksər ölkələrindən geri qalırıq. Əgər oyunçuların qarşısına seçim imkanı qoyulsa ki, burada, ya Azərbaycanda oynamaq istərsən, onlar maliyyə baxımından daha üstün olan Azərbaycanı seçəcəklər. Orada pul daha çoxdu. Yalnız "Zalsburq" fərqlənir".
