21 noyabr 2014 15:50

Neftçi etiraz edir!

Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Simurq” - “Neftçi” oyunu qərəzli hakim idarəçiliyi ilə yadda qaldı. Azerisport.az xəbər verir ki, “Neftçi” PFK Fariz Yusifovun başçılıq etdiyi hakimlər briqadasının matçın nəticəsinə birbaşa təsir göstərən qərarlarına etirazını bildirib.

Qərəz doğuran epizodları təqdim edirik.

1-ci epizod: Rəqib futbolçu “Neftçi”nin cərimə meydançasına özünü yerə atır. Bu epizodda qapıçı Emil Balayev rəqib futbolçuya toxunmasa da, baş hakim Fariz Yusifov 11 metrlik nöqtəni göstərir və qapıçını sarı vərəqə ilə cəzalandırır. Nəticədə “Simurq” klubu matçın nəticəsini müəyyənləşdirən qolu vurur.

2-ci epizod: Bu epizodda rəqib futbolçu cərimə meydançası daxilində Flavinyonu güləş fəndi ilə aşkar şəkildə tutub yıxsa da, baş hakim Fariz Yusifov qayda pozuntusunu qeydə almır.

3-cü epizod: Rəqib futbolçu Samir Zərgərov “Neftçi”nin müdafiəçisi Məqsəd İsayevin qarşısını aşkar kobudluqla alır. Açıq ayaqla sürüşmə fəndi yerinə yetirən rəqibin bu hərəkəti cəzasız qalır. Bu epizodda ağır zədə alan Məqsəd İsayev meydançanı xərəkdə tərk edir və “Neftçi”nin heyətində məcburi əvəzetmə edilir.

4-cü epizod: “Neftçi”nin hücumu zamanı rəqib futbolçu cərimə meydançası daxilində voleybolsayağı əllə oynasa da, Fariz Yusifov “Simurq” klubunun qapısına penalti təyin etmir.

P.S. Oyunu izləyənlər arasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da olub. Görəsən bu epizodları izlədikdən sonra onun deməyə sözü olacaqmı?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.