21 noyabr 2014 22:22
Araz 6 cavabsız qolla uduzdu
Futzal üzrə UEFA kubokunun elit mərhələsində çıxış edən təmsilçimiz “Araz” bu gün son oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Çex Respublikasının Pardubice şəhərindəki “CEZ Arena” kompleksində keçiriləcək oyunda “Araz” yerli “Xrudim” komandası ilə qarşılaşıb.
Oyun təmsilçimizin fiaskosu ilə başa çatıb. Naxçıvan klubu altı cavabsız qolla məğlub olub.
Xatırladaq ki, "Araz" əvvəlki oyunlarında Slovakiya "Slov-Matik"inə (3:4) və Rusiya "Dina"sına da uduzmuşdu.
Qrupun digər oyununda "Dina" "Slov-Matik"ə 4:1 hesabıyla qalib gəlib.
Araz - Xrudim 0:6 (0:3)
Qollar: Alvarito, 4 (0:1). Reşetar, 7 (0:2). Slovaçek, 16 (0:3). Mareş, 25 (0:4). Taverna, 33 (0:5). Deyvisson, 38 (0:6).
Qrupdakı son durum: Dina - 9 xal, Xrudim - 6, Slov-Matik - 3, Araz - 0.
