21 noyabr 2014 13:05

Simurqdan ilk, antirekord toxunulmaz qaldı

Topaz Premyer Liqasının 12-ci turu Zaqatalanın “Simurq” klubu üçün tarixi əhəmiyyət kəsb edib. Azerisport.az xəbər verir ki, əyalət təmsilçisi tarixində ilk dəfə “Neftçi” ilə ev oyununda qalib gəlib.

“Simurq” ölkə çempionatları tarixində 11-ci cəhddə “ağ-qaralar”ı məğlub yola salıb. Bunadək səfərdə 6 qələbə qazanıb, 4 heç-heçə edən “Neftçi” 0:1 hesabı ilə uduzub.

03.05.2007. Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:1
19.04.2008. Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:0
08.03.2009. Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:2
26.12.2009. Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:0
19.02.2011. Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:3
30.09.2011. Simurq (Zaqatala) - Neftçi (Bakı) - 1:2
17.02.2013. Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:2
13.04.2013. Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:1
27.10.2013. Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:0
17.05.2014. Simurq (Zaqatala) - Neftçi (Bakı) - 0:0
20.11.2014. Simurq (Zaqatala) - Neftçi (Bakı) - 1:0

Bununla da “Neftçi” eyni rəqiblə səfər oyunlarındakı məğlubiyyətsizlik seriyasında rekordu təkrarlaya bilməyib. “Simurq”un ev antirekorduna cəmi 1 görüş qalmış seriya qırılıb.

Azərbaycan çempionatlarının rekordu isə “Kəpəz”ə məxsudur. MOİK Gəncə təmsilçisi ilə ardıcıl 11 oyunda qələbə qazana bilməyib. Hazırda aşağı dəstədə çıxış edən klubların Premyer Liqa çərçivəsində Bakıda baş tutan 11 matçında qonaqlar 7 qələbə qazanıb, 4 dəfə heç-heçə qeydə alınıb. “Neftçi” bu dəfə də səfərdən xalla dönsəydi, “Kəpəz”in rekordunu təkrarlayacaqdı. “Simurq” isə MOİK-in antirekorduna şərik çıxacaqdı.

26.11.1995. OİK (Bakı) - Kəpəz (Gəncə) - 0:4
16.11.1996. OİK (Bakı) - Kəpəz (Gəncə) - 0:1
18.10.1997. OİK (Bakı) - Kəpəz (Gəncə) - 1:1
27.02.1999. OİK (Bakı) - Kəpəz (Gəncə) - 0:0
22.04.2000. OİK (Bakı) - Kəpəz (Gəncə) - 1:2
23.09.2001. MOİK (Bakı) - Kəpəz (Gəncə) - 1:1
02.08.2003. MOİK (Bakı) - Kəpəz (Gəncə) - 0:1
20.11.2004. MOİK (Bakı) - Gəncə - 0:0
18.12.2005. MOİK (Bakı) - Gəncə - 0:3
02.10.2010. MOİK (Bakı) - Gəncə - 0:5
17.04.2011. MOİK (Bakı) - Gəncə - 0:2

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.