21 noyabr 2014 00:23

Oğuz Çətin: Sxadadze üç xal qazansa da, nələrisə itirdi

"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətinin azerisport.az saytına müsahibəsi

- "İnter"ə məğlubiyyətinizə nə səbəb oldu?
- Oyuna uğursuz başladıq, iki erkən qol buraxdıq. İkinci hissədə yaxşı qol epizodları yaxalasaq da, yararlana bilmədik. Bütövlükdə, yaxşı çıxış etdik. Birinci yarıda hakim rəqib qapıçının cərimə meydançasından kənarda topa əllə toxunmasını görmədi. "Neftçi" ilə oyun öncəsi bu məğlubiyyətin yeri yox idi. Lakin məğlub olmuşuq və artıq növbəti matçın hazırlığına başlamalıyıq.

- "Qarabağ"la oyunda da erkən qol buraxmışdız. Bu, oyuna tam konsentrasiya olmamağın nəticəsi deyil ki?
- Mən belə deməzdim. Çünki elə həmin futbolçular ikinci hissədə yaxşı oynadılar. Sadəcə, "İnter" kimi komanda ilə oyunda iki erkən qolun əvəzini çıxmaq asan deyil.

- Komandada hücumçu problemi hiss olunur. Bununla razısız?
- Bizdə çatışmazlıq yoxdu. Hücumçularımız yetərincədi. Sadəcə, qol epizodlarından yaxşı yararlana bilmirik. Qış fasiləsinə qədər bu problemi yoluna qoymalıyıq, vəziyyəti yaxşılaşdırmalıyıq.

- Bu oyunda ilk qolu komandanızın sabiq hücumçusu Junior Nildo vurdu. Demək olar ki, o, keçmiş klubunu cəzalandırmış oldu?
- O, bizi cəzalandırmadı. Sadəcə, öz komandası üçün qol vurdu. Onun Lənkəranda problemləri var idi və qərara gəldik ki, bizə kömək edə bilməyəcək. Bu üzdən də Nildonun xidmətindən imtina etdik.

- Oyundan sonra rəqib həmkarınız Kaxaber Sxadadze sizin ehtiyat oyunçular skamyanıza doğru qeyri-etik jest etdi. Bu barədə nə deyə bilərsiz?
- Bu, düzgün addım deyildi. Özünə hörmət edən şəxs belə bir hərəkət etməz. Xüsusilə, belə hərəkətlər məşqçilərə heç yaraşmaz. O, bu gün üç xal qazandı, amma nələrisə itirdi...

- Buraxdığınız ikinci qoldan sonra cənublu fanatlar sizi istefaya səslədilər...
- Futbolda nəticə olmayanda, belə hallar olur. Belə sözləri eşitmək mənim üçün üzücüdü. Amma bu, məşqçi işinin bir parçasıdı. Ümid edirəm ki, növbəti turlarda azarkeşlərin düşüncəsini dəyişə biləcəm.

- Hesab etmirsiz ki, "Neftçi" ilə oyunun Bakıya keçirilməsi sizin üçün düzgün qərar deyil?
- Biz istərdik ki, "Böyük oyun" Lənkəranda baş tutsun. Amma oradakı şərait bizə bunu etməyə imkan vermir. Oyunu Azərbaycanın başqa regionunda da keçirə bilərdik. Amma hesab etdik ki, Bakıda oynasaq, bizim də xeyli azarkeşimiz ola bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.