20 noyabr 2014 18:00

Rəşad Sadıqov: Sent-Etyen haqda hələ düşünmürük

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- "Bakı" ilə oyun (4:2) haqda nə deyə bilərsiz?
- Çətin olacağını bilirdik. "Bakı" bu mövsüm liderlərə qarşı çox yaxşı oyun sərgiləyir. Biz ələ düşən imkanlardan maksimum yararlanmağa çalışdıq və qalib gəldik.

- Rəqib hakimlikdən şikayətlənir...
- Oyun zamanı bəzi mübahisəli epizodlar oldu. Amma biz hələ onlara baxmamışıq. Ona görə də indidən heç nə deyə bilmərəm.

- 60-cı dəqiqədə hesabın 2:2 olması "Qarabağ"ın arxayınlığından xəbər vermir?
- Deməzdim. Düzünü deyim ki, oyunun bu qədər çətin olacağını gözləmirdik. Əminəm ki, "Bakı" bütün komandalar üçün belə başağrı olacaq. Onların yaxşı, gənc futbolçulardan ibarət heyətləri var.

- Belə gərgin qrafiklə bu oyuna hazırlaşmaq çətin olmadı?
- Əlbəttə, asan deyil. Amma buna məcburuq.

- "Sent-Etyen"lə Avroliqa oyunu haqda düşünmürsüz?
- Xeyr. Bizim qarşıda hələ AZAL-la da oyunumuz var. Fransa klubu ilə oyun haqda ondan sonra düşünərik.

- Yığmanın baş məşqçisi Mahmud Qurbanovun Norveçlə oyunda Bədavi Hüseynovu ehtiyatda saxlaması sizi təəccübləndirmədi?
- Bu heyət məşqçilərin taktikasına uyğun qurulmuşdu. Norveçlilərin ucaboy futbolçuları çox idi. Yəqin ki, buna görə daha ucaboy olan Elvin Yunuszadəyə güvənilmişdi.

- Yığmanın baş məşqçisi postunda yerli mütəxəssis görmək istəyirsiz, ya əcnəbi?
- AFFA hazırda yeni baş məşqçi axtarışlarını davam etdirir. Əsas odu. Bizim işimiz məşq etmək, oynamaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.