20 noyabr 2014 14:50

Uğur Pamuk: Yenidən evimə qayıtdım

Dünən Budaq Nəsirovla müqavilə imzalayan "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə güclənib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, "Xəzər Lənkəran"dan ayrılan yarımmüdafiəçi Uğur Pamuk bu komandanın heyətinə qoşulub. 25 yaşlı futbolçu köhnə-yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

"Sumqayıt" mənim doğma klubumdur. Mən yenidən evimə qayıtdım. "Sumqayıt"da uğur qazanıb yenidən milli komandaya yüksəlmək istəyirəm. Bir müddətdirki yaşıl meydanlardan uzağam. İnşallah tez bir zamanda formamı bərpa edib komandama kömək edərəm", - deyə Uğur "Sumqayıt"ın saytına açıqlama verib.

Qeyd edək ki, Uğur 2012/2013 mövsümündə "Sumqayıt" FK-da 14 qarşılaşmada meydana çıxıb (1194 dəqiqə) və 1 qol vurub. Daha sonra 203/2014 mövsümünün ikinci yarısında yenidən komandamıza qoşulan adıçəkilən futbolçu bu dəfə 13 qarşılaşmada 1061 dəqiqə oynayıb və rəqib qapılarından 2 top keçirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.