20 noyabr 2014 13:50

Stanoyeviç: Neftçini məğlub etməyə çalışacağıq

"Simurq"un yarımmüdafiəçisi Marko Stanoyeviçin azerisport.az saytına müsahibəsi

- "Simurq"un bu mövsüm qeyri-sabit çıxış etməsinin səbəbi nədi?
- Bu, hər bir komandada olur. Mövsümün əvvəlində çox xal itirdik. Deməzdim ki, həmin oyunlarda rəqiblərimiz bizdən daha üstün idi. Öz səhvlərimizdən xallar itirdik. Amma ümidimizi itirmədik. Əsas odu ki, oyun planında inkişaf var. Hər oyunda xeyli qol epizodu yaradırıq. Sadəcə, bu epizodları qolla tamamlamağımız lazımdı.

- Qarşıda "Neftçi" ilə oyun var...
- Biz rəqibdən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxırıq. Düzdü, "Neftçi" yaxşı komandadı, güclü legionerləri, yerli futbolçuları var. Amma biz öz meydanımızda oynayacağıq. Əminəm ki, maraqlı oyun olacaq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Müqavilə ilə "Şerif"ə məxsus olduğunuzu nəzərə alsaq, müddət başa çatanda geri qayıtmağı düşünürsüz, ya burada qalmağı?
- Hə, "Simurq"la bir illik müqaviləm var. Mövsümün sonunadək burdayam. İndi bütün diqqətim komandamın oyunlarına yönəlib. Mövsüm bitəndən sonra karyeramı harada davam etdirəcəyim haqda düşünərəm.

- Gələndən bəri bir neçə vacib oyunda qollar vurmusuz. Sizi "Simurq"un aparıcı oyunçularından biri saymaq olar?
- Bizdə bütün komanda yaxşı oynayır və hər kəs qol vura bilər. Biz bir komandayıq. Kollektiv oyun sərgiləməyə çalışırıq. "Simurq"un uğur qazanmasının əsas sirri də bundadı.

- Amma azarkeşləriniz bəzi legionerlərin komandaya lazımsız olduğunu düşünürlər...
- Biz özümüz də indiki nəticələrimizdən narazıyıq. Amma hər şeyi dəyişəcəyimizə ümid edirik. Azarkeşlər də daim yanımızdadılar. Belə də olmalıdı. Azarkeş yaxşı gündə də, pis gündə də komandasının yanında olmalıdı.

- Georgi Çixradzenin istefası bu mövsüm tez-tez gündəmə gəlir...
- Çixradze çox yaxşı məşqçidi. Bizim onunla problemimiz yoxdu. Əgər biz futbolçular az səhv etsək, nəticələrimiz də yaxşı olar, azarkeşlər də razı qalar. Unutmayaq ki, mövsümün sonuna hələ çox var. Zamanla hər şey yaxşı olacaq.

- "Simurq"un bu mövsüm hədəfi nədi?
- Turnir cədvəlində mümkün qədər üst pillələrdə qərarlaşmaq. Avrokuboklara vəsiqə qazaanmaq istəyirik. Hesab edirəm ki, bu istəyimizə çata bilərik.

- Azərbaycana uyğunlaşa bilmisiz?
- İlk növbədə Azərbaycan çempionatının doğrudan da maraqlı olduğunu qeyd etmək istərdim. Burada zəif komanda yoxdu. Çempionatı maraqlı edən də budu. Hər bir komanda istənilən rəqibinə qalib gələ bilir. Azərbaycan Premyer Liqası çox ürəyimcədi və burada olduğum üçün şadam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.