20 noyabr 2014 11:56
İnter yeni futbolçusunu hələ sifariş etməyib
Bakı "İnter"i bir müddət öncə yeni transfer etdi. Azerisport.az xəbər verir ki, paytaxt klubu hollandiyalı yarımmüdafiəçi Yozef Fennixi heyətində qatdı.
Amma "bankirlər" hələ bu oyunçunu sifariş etməyiblər. Bu üzdən də Fennixin Topaz Premyer Liqasında nə vaxt debüt edəcəyi bəlli deyil.
"İnter"dən fərqli, bu gün sözügedən komandanın qonağı olacaq "Xəzər Lənkəran" qapıçısı Vyekoslav Tomiçi sifariş ərizəsinə daxil edib və o, "bankirlər"ə qarşı forma geyə biləcək.
