20 noyabr 2014 11:45
"Qarabağ və Dneprə qalib gəlməliyik"
Fransanın "Sent-Etyen" klubunun kapitanı Loik Perren komandasının Avropa Liqasının qrup mərhələsinə çıxmağa borclu olduğunu bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizə "Qarabağ" və "Dnepr"i məğlub etmək lazımdı ki, növbəti mərhələyə vəsiqə qazanaq. Bunun öhdəsindən gələ bilərik. Bu mövsüm qrupda qələbə qazana bilməmişik. Amma eyni zamanda heç kimə də uzudmamışıq. "Qarabağ"la qarşıdakı oyun çox vacibdi".
