20 noyabr 2014 00:40
Xrudim Slov-Matikə qalib gəldi
Futzal üzrə UEFA Kubokunun B qrupunda ikinci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, Çex Respublikasından olan "Xrudim" Slovakiya "Slov-Matik"i ilə qarşılaşıb.
Oyun çexlərin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Azərbaycan çempionu "Araz"ın da yer aldığı qrupdakı yekun durum belədi: Dina - 6 xal, Xrudim, Slov-Matik - 3, Araz - 0.
